SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Dünyanın ən bahalı yaxtası sayılan "Solandge” Bodrum sahillərində görüntülənib. 

BAKU.WS məlumat verir ki, həftəlik kirayəsi 1 milyon avro olan yaxtanın uzunluğu 85 metrdir. Yaxtada qapalı və açıq hovuzlar, kinoteatr, lüks restoran və digər əyləncə məkanları var.
 
Yaxtanın Bodrum sahillərində olması görənləri təəccübləndirib. Yaxtada olanların kimliyi əvvəl gizli tutulsa da sonradan məlum olub. Belə ki, yaxtada Səudiyyə Ərəbistanı şahzadəsi Navaf Əl Saud, iki oğlu və Səudiyyə Ərabistanının müdafiə naziri şahzadə Məhəmməd Bin Salman olub. Onları 8 mühafizəçi müşayiət edib. 
 
Varlı ərəbləri manikenlər və rəqqasələr tək qoymayıb. Onlarla birgə 10 maniken, rəqqasələr də əylənib. 
 
Daha sonra axşam saatlarında yaxta sahilə yaxınlaşıb. Şahzadə oğulları və qonaqları ilə birlikdə bahalı restoranların birində şam yeməyi yeyib. Şam yeməyi üçün şahzadə 4500 avro hesab ödəyib, 1000 avro isə bəxşiş paylayıb. 

BAKU.WS