SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Ərəblər ov üçün yenə Azərbaycana gəldilər. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, bu dəfə Qətərdən qonaqlar ölkəmizə üz tutublar. 

Özləri ilə ov üçün quşlar gətirən on nəfərdən artıq olan heyət Salyandakı otellərdən birində gecələyirlər. 
Bundan öncə səfər edən şeyxlər adətən lüks evlərdə qalırdılar. 

Məlumata görə, ərəb zənginləri ov əyləncəsi üçün Azərbaycanın ən böyük göllərindən olan Sarısu gölünün ərazisini seçiblər. Saatlıda yerləşən Sarısu gölünün faunası əsasən balıqlardan (çəki, sazan, karp, vobla), heyvanlardan (çöl donuzu, bataqlıq donuzu) ibarətdir. Bundan başqa burada olan əlverişli şərait hər il 300-350 min müxtəlif növ quşların (ördək, qaşqaldaq, qaz, sultan toyuğu, balkan, boz vağ) qışlamasını təmin edir.
 

 

 

Haqqın.az-ın məlumatına görə, bu dəfə ov üçün gələn Qətərin energetika və sənaye naziri Məhəmməd bin Saleh Az-Sadadır. O, özü ilə qulluqçuları, aşbazı, hətta şahin quşları üçün baytar həkimi də gətirib. 
 

 

Ümumiyyətlə son zamanlarda ərəb şeyxləri ov üçün müntəzəm olaraq Azərbaycana üz tuturlar. Böyük heyətlə gələn şeyxlər ov üçün əsasən Salyan, Hacıqabul, İmişli, Saatlı rayonlarını seçirlər. Onlar ov əyləncələrini əks etdirən fotoları İnstagram hesablarından paylaşırlar. 

İlk olaraq Dubay Şahzadəsi şeyx Həmdan bin Məhəmməd bin Rəşid ölkəmizə gəlib. Onun ardınca isə digər şahzadə və şeyxlər Azərbaycana üz tutub. 

Ərəb şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşid hətta Bakıda da olub. 

Ərəb şeyxlərinin bahalı əyləncəsi Azərbaycanda bir mənalı qarşılanmayıb. Bəziləri onların qanunsuz olaraq ovla məşğul olduqlarını bildirərərk, cərimələnmələrini tələb ediblər. Onları ovda müşayiət edən Vüsal Ağayev barəsində 21093 nömrəli protokol tərtib olunub, 18500 manat məbləğində cərimələnib. 

Ekologiya və Təbii sərvətlər naziri Hüseyinqulu Bağırov ərəb şeyxlərinin Azərbaycanda ov etməsinə münasibət bildirib."Lap ərəb şahzadəsi də gəlsin, Afrikanın şahzadəsi də gəlsin, kim istəyir gəlsin. Amma onlar da bu işi qanun əsasında görməlidir”.
 
BAKU.WS