SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Sabah ölkə ərazisində əsasən yağmursuz, günəşli hava müşahidə olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BAKU.WS-ə verilən məlumata görə avqustun 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli olacağı gözlənilir. Gündüz cənub-şərq küləyi əsəcək. Axşam mülayim şimal-qərb küləyinə keçəcək. Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 24-27˚, gündüz 33-37˚ isti olacaq.

Azərbaycanın rayonlarında da avqustun 5-də hava şəraitinin yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimal olunur. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Avqustun 5-də havanın temperaturu aran rayonlarında gecə 21-26˚, gündüz 34-39˚, bəzi yerlərdə 42˚, dağlarda gecə 16-21˚, gündüz 29-34˚ isti olacaq.