SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Qoç - Təcrübəli insanların köməyinə ehtiyacınız olacaq. Ruh düşkünlüyünə qapılmayın. 

Buğa - Bir çox məsələlərdə səhvlərə yol verirsiniz. Bəzən ətrafınızdakılardan məsləhət almağı da unutmayın. 

Əkizlər - Səfər planınız varsa, təxirə salın. Ciddi işlərlə məşğul olun, istirahətdən çox karyera haqqında düşünün. 

Xərçəng - Gərgin və əsəbi olaacqsınız. Riskli pul sövdələşmələrindən uzaq olmağa çalışın.
 
Şir - Şəxsi işlərinizdə dönüş yaratmaq üçün şansınız var. Səfərə çıxa, yeni tanışlıqlar üçün məclislərə gedə bilərsiniz. 

Qız - Bəxtiniz gətirəcək. Bir az çalışsanız, çoxdan arzusunda olduğunuz avtomobili ala biləcəksiniz. 

Tərəzi - Cəhdlərinizin boşa çıxması sizi məyus etməsin. Bu gündən etibarən şans üzünüzə güləcək. 

Əqrəb - Qarşınızda duran vəzifələrin öhdəsindən gələcəksiniz. Günün ikinci yarısında qonaq getmək və ya dostlarla görüşmək olar. 

Oxatan - Nəticəsinə tam əmin olmadığınız məsələlərə girişməyin. Uzun müddətdir ki, varlığını inkar etdiyiniz eşq yenidən qapınızı döyə bilər.

Oğlaq – Reallığı nəzərə alın. Yalnız reallaşdıra biləcəyiniz planlar qurun. Mübahisələrə yol verməyin.
 
Dolça - Qarşılıqlı əlaqələrdə ehtiyatlı olmağa çalışın. Ruh düşkünlüyünə qapılmayın. Hər şey yaxşı olacaq.
 
Balıq - Maddi cəhətdən sizin üçün ən çətin günlərdən biri olacaq.  Özünüzü təmkinli aparın.