“Sadhquru” İçərişəhərdə - FOTO

Dünyada “Sadhquru” adı ilə tanınan məşhur hindistanlı yoqa ustası və mistik Caqqi Vasudev ölkəmizə səfəri çərçivəsində İçərişəhəri də ziyarət etib.
BAKU.WS xəbər verir ki, çoxsaylı kitabların müəllifi olan quru “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşları tərəfindən qarşılanıb, Bakının tarixi-memarlıq incisi Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi, “Sıratağlı” Dini-Memarlıq Kompleksi və Bəylər məscidini ziyarət edib.
“Sıratağlı” Dini-Memarlıq Kompleksində qədim dövrlərdə atəşpərəstlik məbədinin olduğunu öyrənən məşhur mistik Odlar yurdunun mərkəzindən xoş təəssüratla ayrılıb.
Qalereya
Oxşar xəbərlər
Leyla Əliyeva hindistanlı yoqinin mühazirəsini dinlədi - FOTO
Noyabrın 10-da məşhur hindistanlı yoqin Sadhquru (Caqqi Vasudev) Heydər Əliyev Mərkəzində mühazirə ilə çıxış edib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla...
