Moskva-Bakı reysləri ilə Azərbaycana hansı sərnişinlər gələ bilər?

“Azərbaycan Hava Yolları”nın QSC (AZAL) xarici ölkələrdən Bakıya yerinə yetirdiyi xüsusi reyslərə Azərbaycan vətəndaşları ilə yanaşı buraxılan şəxslər açıqlanıb.
BAKU.WS AZAL-a istinadən xəbər verir ki, həmin şəxslər aşağıdakılardır:
- Azərbaycan Respublikasında akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri;
- Valideynlərdən biri, həyat yoldaşı və ya azyaşlı övladı Azərbaycan Respublikası vətəndaşı olan əcnəbilər;
- Azərbaycanda işləmək icazəsi olan əcnəbilər;
- Azərbaycanda müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər;
- Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr.
Qeyd edək ki, AZAL fevralın 17-dən etibarən Bakı-Moskva-Bakı marşrutu üzrə xüsusi reyslərin yerinə yetirilməsinə başlayır.
Oxşar xəbərlər
İki pasportunuz varsa, Azərbaycan vətəndaşlığınızı itirərsinizmi? - Bir çox sualınıza cavablar
İkili vətəndaşlıq, yoxsa iki vətəndaşlıq? - bu sual qəribə səslənsə də, bir çoxları ikili vətəndaşlıq yox, iki vətəndaşlıq ifadəsinə üstünlük verir. Çünki bəzil...
