SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Tanınmış azərbayacanlı müğənni-bəstəkar Emin keçmiş həyat yoldaşı Leyla Əliyevanın övladlığa götürdüyü qızı Əminə ilə fotosunu paylaşıb. 

BAKU.WS məlumat verir ki, müğənni Əminə ilə fotosunu Instagram hesabında paylaşıb. Emin ilk dəfə qızın üzünü göstərib. Sənətçi şəkli "Şahzadə Əminə ilə" şərh edib.

Qeyd edək ki, Leyla Əliyeva ilə Emin Ağalarov 2006-cı il aprelin 30-da ailə qurublar. Onların bu nikahdan 2008-ci il dekabrın 1-də Əli və Mikayıl adlı əkiz övladları dünyaya gəlib. Leyla Əliyeva və Emin Ağalarov ötən ilin may ayında boşandıqlarını Instagram hesablarından elan ediblər.
 
BAKU.WS