SİZİN REKLAM BURADA!
055 213 76 73


Qazi Şəmistan Məhərrəmov övladları ilə xəstəxanada görüşür.

BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, o, Füzuli və Cəbrayıl istiqamətində gedən döyüşlərdə yaralanıb. Nitqi tutulub. Həkimlərin səyi nəticəsində danışığı bərpa olunub. Sağ qulağında isə hələ də problemlər var.

Qazi Şəmistan Məhərrəmov Zəngilan rayonu Ağalı kənd sakinidir. Məcburi köçkün kimi Sumqayıtda məskunlaşıb. Amma o, artıq məcburi köçkün deyil. Yenidən hərbi xidmətə qayıdacağı günü səbirsizliklə gözləyir.

Ailənin başçısı İsgəndər Məhərrəmov isə övladını Vətən üçün böyütdüyünü bildirir. Şəhidlərimizin ruhu qarşısında baş əyən ata ordumuzun rəşadətindən qürur hissi keçirdiyini deyir.

İgid qazimizin anası Tükəzban Mahmudova oğlunu “Rahat get, gözün arxada qalmasın. Vətən səni çağırır” deyərək yola salıb.

Qazilərimiz bu gün hər kəsin qürur yeridir. Valideynləri, qohum-əqrəbası kimi dostları da onunla fəxr edir.

Qeyd edək ki, qazimizin iki qız övladı var.

Daha ətraflı BAKU.TV-nin hazırladığı videosüjetdə:

BAKU.WS
VİDEO