SİZİN REKLAM BURADA!
055 213 76 73


Qarabağ döyüşlərində bir gözünü itirdi, yaralandı, amma vətən torpağını qorudu. Söhbət vətən müharibəmizdə torpaqlarımızın müdafiəsi uğrunda yaralanan 26 yaşlı Nail Quliyevdən gedir.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, Azərbaycanımızın bütövlüyü uğrunda döyüşən hər kəs kimi Nail də son damla qanınadək savaşıb.

Murovdağ istiqamətində müddətdən artıq xidmət edən Nail Quliyev döyüş yoldaşlarının qəhrəmanlığını anladır. Hərbçi yoldaşlarının necə mərdliklə döyüşməsindən danışır.

Deyir ki, döyüşlər başlayanda hər kəsin bir hədəfi olub - işğalçını torpaqlarımızdan qovmaq. Yaralandığını bir müddət valideynlərindən gizlədir.

Anası Yasəmən xanım sonuncu dəfə oğlu ilə danışanda xoş bir müjdəli xəbəri - Nailin ata olduğunu, qız övladının dünyaya gəlməsi xəbərini çatdırıb.

Bu gün qazimiz bir gözünü itirib. Qol və hər iki ayağında qəlpə yaraları var. Artıq döyüşlər bitib. Qazimiz övladını qələbənin qüruru ilə böyüdür.

BAKU.WS
QALEREYA