SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən gün Salyanda həyat yoldaşına bıçaqla xəsarət yetirib özünü yandıran şəxs xəstəxanada ölüb.

BAKU.WS xəbər verir ki, Respublika Yanıq Mərkəzinə yerləşdirilmiş Kürsəngi kənd sakini, 32 yaşlı Məcid Kərimov ağır yanıq xəsarətlərindən dünyasını dəyişib.

17:57:37

Salyanda qadın əri tərəfindən bıçaqlanıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, rayonun Kürsəngi kənd sakini, 1994-cü il təvəllüdlü Kərimova Aysel Vahid qızı qarın nahiyəsinin çoxsaylı bıçaq xəsarətləri ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib və əməliyyata götürülüb.

Onun həyat yoldaşı,1988-ci təvəllüdlü Məcid Kərimov tərəfindən bıçaqlandığı bildirilir. Qeyd edilir ki, ər həyat yoldaşını bıçaqlayandan sonra özünü yandırıb. M.Kərimov ağır yanıq xəsarətləri ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

BAKU.WS