Salyanda kanalda naməlum qadın meyiti tapılıb.

BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, Salyan rayonunun Yenikənd kəndi ərazisində kanalda naməlum qadın meyiti aşkar edilib.

Qadının meyiti müayinə olunmaq üçün Salyan rayon Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Mərkəzinə aparılıb.

İlkin araşdırmalar zamanı onun qətlə yetirildiyi məlum olub.

Meyitin kimliyi və hansı şəraitdə qətlə yetirilməsi müəyyənləşdirilir.

Faktla bağlı Salyan rayon Prokurorluğunda araşdırma aparılır.

BAKU.WS