Yaxın dost olan xanəndələr bir-birinə niyə düşmən kəsildi? - YENİ MƏLUMAT - VİDEO
02
avq
2018
21:37
Bərdədə xanəndə dostunu 14 bıçaq zərbəsi ilə qətlə yetirib, sonra isə özünü su kanalına atıb və boğulub.Xezerxeber.az-ın məlumatına görə, hadisə ötən gün Bərdədə baş verib. Əvvəlcə xanəndələr Miryusif Mirizadə və Novruz Hüseynovun olduğu minik avtomobili Bərdə-Ağcabədi yolunun Hacallı kəndindən keçən hissəsində qəzaya düşməsi ilə bağlı məlumat yayılıb. Araşdırmalar zamanı isə Miryusif Mirizadənin meytinin üzərində zorakılıq əlamətləri aşkarlanlıb və 14 bıçaq zərbəsi vurularaq qətlə yetirildiyi məlum olub.Novruz Hüseynov isə hadisə yerində tapılmayıb və onun axtarışlarına başlanılıb.Bu gün səhər saatlarında isə Novruz Hüseynovun meyiti Ağcabədi rayonu ərazisində, Qarabağ su kanlında yerli sakinlər tərəfindən aşkar edilib. Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə şöbəsinə aparılıb. Ekspertiza zamanı meytin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. Novruz Hüseynovun yaxınları onun maşını yeni aldığını və dostu Miryusiflə kəndə getdiklərini bildiriblər. Yaxınlarının sözlərinə görə, gənclər yaxın dost olublar.Mərhum Novruz Hüseynovun qardaşı Azər Hüseynov isə qeyd edib ki, onlar Ağcabədi rayonuna gəzməyə gediblər. Gecə saat 1-də qayıdıblar və səhər saat 5 radələrində yuxudan duraraq evdən çıxıblar. 2-3 saat sonra isə ailələri avtomobilin qəzaya düşməsi xəbərini alıblar.Araşdırmalar zamanı isə məlum olub ki, Miryusif Mirizadəni məhz elə Novruz Hüseynov qətlə yetirib. O, dostunu 14 bıçaq zərbəsi ilə öldürdükdən sonra özünü Qarabağ su kanalına atıb. Onun meyiti hadisənin baş verdiyi ərazidən 5 km aralıda, Ağcabədinin Qiyaməddinli kəndi ərazisində tapılıb.Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir.
Oxşar xəbərlər
"O, son görüşümüzdə ağlayıb kəlmeyi şəhadətini dedi"
"O, son görüşümüzdə ağlayıb kəlmeyi şəhadətini dedi". Bunu “Report”un Qarabağ bürosuna açıqlamasında xanəndə Miryusif Mirizadənin yaxın dostu Sakit Həsənov bild...