Meyiti su kanalında tapılan xanəndənin ölüm səbəbi açıqlanıb - RƏSMİ
02
avq
2018
14:13
Meyiti su kanalında tapılan xanəndənin ölüm səbəbi açıqlanıb.BAKU.WS xəbər verir ki, bu barədə Bərdə rayon Prokurorluğundan "report"a bildirilib. Verilən məlumata görə, avqustun 1-də avtomobil qəzası zamanı öldüyü bildirilən xanəndə Novruz Hüseynovun meyti Qarabağ su kanalının Ağcəbədi rayon ərazisindən keçən hissəsində aşkarlanıb. Ekspertizaya göndərilən meytin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. Onun su kanalında boğularaq öldüyü bildirilir.Qeyd edək ki, ötən gün xanəndə, Miryusif Mirizadə və Novruz Hüseynovun avtomobil qəzası zamanı öldüyü barədə məlumatlar yayılıb.Qəzaya düşən "Mercedes" markalı avtomobildə meyti tapılan M.Mirizadənin meytinin üzərində zorakılıq əlamətləri aşkarlanıb və ona 14 bıçaq zərbəsi vurularaq qətlə yetirildiyi məlum olub.Avtomobilin sahibi N.Hüseynov isə hadisə yerində tapılmayıb və onun axtarışlarına başlanılıb. Bu gün səhər saatlarında N.Hüseynovun meyiti Ağcabədi rayonu ərazisində, Qarabağ su kanalında yerli sakinlər tərəfindən aşkar edilib. Hadisə ilə bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
Xanəndənin meyiti kanaldan tapıldı
Ötən gün yol qəzasına düşərək ölməsi barədə məlumat yayılan gənc xanəndə Novruz Hüseynovun meyiti tapılıb.BAKU.WS “azvision.az”a istinadən xəbər verir ki, xanən...