SİZİN REKLAM BURADA!
055 213 76 73


Goranboy rayonunda 30 yaşlı kişinin əmisi oğlu tərəfindən bıçaqlandığı məlum olub.

BAKU.WS-in bölgə müxbirinin məlumatına görə, Meşəli kənd sakini, 1990-cı il təvəllüdlü Sənan Əli oğlu İsmayılov əmisi oğlu tərəfindən bıçaqlanıb.

Hadisəni törədən şəxsin Xocalı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanıldığı bildirilir.

Qeyd edək ki, 2 bıçaq xəsarəti alan S.İsmayılovun müalicəsi Goranboy rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.


21:18


Goranboy rayonunda bıçaqlanma faktı qeydə alınıb.

BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumata əsasən, hadisə rayonun Meşələr kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə İsmayılov Sənan Əli oğlu qardaşı tərəfindən bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Goranboy rayon Polis Şöbəsinə məlumat verilib, araşdırma başlanılıb.

BAKU.WS