Bakının Sabunçu rayonunda 24 yaşlı qadının vəhşicəsinə öldürülməsinin detalları məlum olub.

28 yaşlı Cəmşidzadə Dönməz Qabil oğlu Zabratda kirayədə qaldığı mənzildə birgə yaşadığı Mahmudova Afərim Vidadi qızını qətlə yetirib. Daha sonra Gəncəyə yola düşən qatil səhərisi gün polis orqanlarına təslim olub.

BAKU.WS xəbər verir ki, hüquq mühafizə orqanlarından “oxu.az”a verilən məlumatda bildirilir ki, cinayəti törətmiş şəxs qadının boğazını kəsərək üzünə müxtəlif xəsarətlər yetirib.

Əldə olunan məlumatlara əsasən, tərəflərin yaxın qohumluq əlaqələri olub. 10 ay əvvəl Afərim Mahmudova həyat yoldaşından ayrılaraq valideyinləri ilə əlaqəsini kəsib. Yaxınları ehtimal edib ki, qızları yenidən ailə həyatı quraraq Türkiyəyə gedib. Əslində isə qətlə yetirilən qadın Zabratda ev kiralıyaraq Dönməz Cəmşidzadə ilə yaşayıb. Kürdəmir rayonunda kimya müəllimi işləyən kişi həftədə iki dəfə işi ilə əlaqədar rayona gedib.

İlkin məlumata görə, tərəflər arasında münaqişəyə Afərim Mahmudovanın valideynlərinin evinə geri qayıtmaq istəməsi və Cəmşidzadə ilə münasibətlərə son vermək haqda qərarı olub. Sonuncu buna etiraz edərək bıçağa əl atıb.

Qeyd edək ki, qətl hadisəsi 15 noyabra keçən gecə törədilib.

Cinayət fakt üzrə araşdırma davam edir.

***11:28

Bakıda kişi həyat yoldaşını boğaraq öldürüb.

BAKU.WS xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda baş verib.

1991-ci il təvəllüdlü Cəmşidzadə Dönməz Qabil oğlu Sabunçu rayonu, Zabrat qəsəbəsi, Oktyabr küçəsi 30 ünvanında birlikdə kirayədə yaşadığı həyat yoldaşı Mahmudova Afərim Vidadi qızını gecə saatlarında boğaraq öldürüb.

D.Cəmşidzadə hadisəni törədəndən sonra Gəncə şəhərinə gedərək bu barədə Gəncə Şəhər Baş Polis İdarəsinə məlumat verib və həyat yoldaşını öldürdüyünü deyib.

Hüquq-mühafizə orqanları əməkdaşları ilə birlikdə D.Cəmşidzadə hadisə baş verən ünvana gətirilib və evin yataq otağında qadının üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, D.Cəmşidzadə saxlanılıb.

BAKU.WS