VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda qadın həyat yoldaşı tərəfindən bıçaqlanıb.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu ərazisində baş verib.

Rayonun Türkan qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş, 1968-ci il təvəllüdlü Balayev Müxalif Fərrux oğlu həyat yoldaşı, 1980-ci il təvəllüdlü Balayeva Cəmalə Yaşar qızı ilə mübahisə edib.

Mübahisə nəticəsində M.Balayev C.Balayevanı bıçaqlayıb.

C.Balayeva xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xəzər rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsilə cinayət işi başlanıb və M.Balayev şübhəli şəxs qismində saxlanılıb.

BAKU.WS