30 yaşlı hərbçi bıçaqlanıb

30 yaşlı hərbçi bıçaqlanıb
Hadisə 102

Gəncədə 30 yaşlı kişi bıçaqlanıb.

BAKU.WS xəbər verir ki, "Unikal"ın məlumatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində yerləşən binaların birində qeydə alınıb.

1994-cü il təvəllüdlü Ariz Həsənov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, 30 yaşlı kişi qaynı tərəfindən bıçaqlanıb. Ariz Həsənovun hərbçi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər