SİZİN REKLAM BURADA!
055 213 76 73


Gəncədə 2 nəfərin bıçaq xəsarəti almasının və bir nəfərin qətlə yetirilməsinin detalları məlum olub.

"Unikal"ın əldə etdiyi məlumata görə, hadisəyə qısqanclıq səbəb olub.

Belə ki, qətli törədən 65 yaşlı Mahir Quliyev qeyri-rəsmi münasibətdə olduğu 45 yaşlı İlhamə Hüseynovanın 25 yaşlı Laçın rayon sakini Akif Ağalarovla münasibəti olmasından şübhələnib. Mahir Quliyev Cəlil Məmmədquluzadə küçəsində yerləşən evin qarşısına gələrək İlhamə Hüseynova ilə mübahisə edib.

Mübahisədən sonra Mahir Quliyev İlhamə Hüseynovanı qətlə yetirib, daha sonra isə Akif Ağalarovu bıçaqlayıb.

Qadının öldüyünü görən Mahir Quliyev sonra özünə bıçaqla xəsarət yetirib.

Hər iki şəxs xəstəxanaya yerləşdirlib.

Qeyd edək ki, bıçaqlanan 25 yaşlı Laçın rayonun sakini Akif Ağalarov Gəncə Apellyasiya Məhkəməsinin hakimi Nural Əliyevin köməkçisidir.

Faktla bağlı araşdırma aparılır.

 

 

BAKU.WS