Keçmiş məhkum küçədə daşla vurulub öldürüldü

Şamaxı rayonunda keçmiş məhkum küçədə qətlə yetirilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Şamaxı rayon Polis Şöbəsinə mayın 14-ü saat 1 radələrində şəhər ərazisində rayon sakini, əvvəllər məhkum olunmuş Şəfayət Hacıyevin bıçaqla və daşla vurularaq öldürülməsi barədə məlumat daxil olub.Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.Araşdırmalarla Ş.Hacıyevin aralarında yaranmış münaqişə zəminində M.Rizvanov tərəfindən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Şamaxı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Rizvanov “isti izlər”lə tutularaq istintaqa təhvil verilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Bakıda kamera qarşısında keçmiş məhbusu belə öldürdü - ANBAAN VİDEO
Baxış keçirilməsi protokoluna əsasən, cinayət 2019-cu il oktyabrın 24-ü saat 23:13-də Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, 28 ünvanında baş verib. Hadisə yerind...
