Lənkəranda kişi oğlu tərəfindən bıçaqlanıb

03
mar
2021
22:14
Lənkəran şəhərində bıçaqlanma hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
1972-ci il təvəllüdlü Vidadi Hüseynov yaşadığı evdə oğlu Əliqismət Hüseynov tərəfindən bıçaqlanıb. Xəsarət alan ata döş qəfəsinin daxilinə nüfuz edən kəsilmiş-deşilmiş yara diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Atasına bıçaq xəsarəti yetirən oğlun keçmiş məhkum olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Masallıda ər iki dostu ilə birlikdə keçmiş arvadını bıçaqladı
Masallıda bıçaqlanma hadisəsi baş verib. BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Viləş körpüsü adlanan ərazidə qeydə alınıb. Rayonun Qəriblər kənd sak...
