VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 


 

Həftəsonundan etibarən paytaxt kinoteatrlarında nümayişinə start verilən "Bayram axşamı" filmi izlənmə rekordu vurur. 


BAKU.WS xəbər verir ki, "İlin ən çox gözlənilən filmi"nin nümayişi zamanı kinoteatrlarda sözün əsl mənasında anşlaq yaşanıb. Filmə olan böyük izləyici marağını kinozallarda boş yerlərin olmamasından və rekord sayda bilet satışından da açıq-aydın görmək olar. Belə ki, "Bayram axşamı" filminə həftəsonu 17 min bilet satılıb. Bu indiyədək Bakı kinoteatrlarda bu il ərzində qeydə alınan mütləq rekorddur. Havanın qarlı-şaxtalı olması və üstəgəl cümə günü texniki səbəblərdən dolayı 28 Mall-ın işləməməsini nəzərə alsaq bu nəticənin həqiqətən də filmin böyük uğur qazandığının göstəricisi kimi qəbul etmək olar. 

Onu da əlavə edək ki, bu "Bayram axşamı"nın təkcə paytaxt Bakıda nümayişi ilə bağlı rəsmi rəqəmlərdir. Fevralın 22-də 28 Mall-da, ertəsi gün isə Gəncə şəhərində filmin imza günü keçiriləcək. Filimin bütün respublikada nümayişindən sonra rəqəmlərin daha da artacağı şübhə doğurmur. "Bayram axşamı" filminin yaxın zamanda Dubay, Türkiyə, Rusiya və Almaniyada da nümayişi gözlənilir.
 
Filmin senari müəllifi və quruluşçu rejissoru Toğrul Məmmədov, prodüseri Murad Dadaşov, operatoru Rauf Qurbanəliyev, icraçı prodüseri İsmayıl Bağırov, montaj rejissoru Emin Muradovdur. 

Xüsusi vurğulamaq lazımdır ki, məhz filmin quruluşçu rejissoru Toğrul Məmmədovun təkidi ilə "Bayram axşamı" filminin ərsəyə gəlməsi üçün yalnız Azərbaycandan olan heyət fəaliyyət göstərib. Filmdəki xüsusi effektlər və səhnəcikləri azərbaycanlı kaskadyorlar canlandırıb. Toğrul Məmmədov prinsipial olaraq əcnəbi mütəxəssislərin xidmətindən istifadə etməyib.  

Baş rolları rəqqasə Oksana Rəsulova, Murad Dadaşov, İslam Mehrəliyev və Cəmil Məmmədlinin oynadığı filmin süjetinə görə elə adı da Bayram olan baş qəhrəman Novruz bayramı ərəfəsində ürəyində səhv arzu tutur. Tonqalın üstündən tullanır və növbəti gün Bayramın bədəni 6 aylıq körpə, başı isə böyük adamın ölçüsündə olur.

Hamınızı "İlin ən gözlənilən filmi"nə baxmağa dəvət edirik!

Aynur Ələkbərova
BAKU.WS