Ordumuzun hücuma başlamasından sonra ermənilər Kəlbəcərdə qızıl yataqlarını atıb qaçıblar
Dağlıq Qarabağda Azərbaycan Ordusunun şanlı qələbələrindən sonra zərbə ardınca zərbə alan və misilsiz itkilər verən Ermənistanın itirdikləri ancaq döyüş meydanında olanlardan ibarət deyil.
BAKU.WS xəbər verir ki, savaş ölkənin iqtisadiyatına da sağalmaz zərbələr vurmaqda davam edir. Şiddətli döyüşlərdən sonra işğal altında çalışan sərmayəçilər də hər şeyi ataraq bir-bir qaçmağa başlayıblar. Ermənistan uzun illərdir ki, işğal altında olan Azərbaycan ərazisindəki yeraltı sərvətləri qanunsuz şəkildə talayır.
Bunun üçün isə o bölgəyə beynəlxlaq şirkətləri cəlb edib. Bunlardan biri də Kəlbəcərdəki qızıl yataqlarını işlədən "GeoProMining Gold"dur. Adıçəkilən şirkət əməliyyatların başladığı bazar günündən bu yana bütün işləri dayandırıb. Şirkət rəhbərliyi əməkdaşlarının təhlükəsizliklərini təmin etmək, mədənlərin bombalanma təhlükəsi olduğu üçün işləri dayandırdığını açıqlayıb.
Oxşar xəbərlər
Britaniyalı jurnalist Dağlıq Qarabağda gördüklərindən dəhşətə gəlib
Bütün dünyada narkotik ticarəti, qanunsuz silah alveri, çirkli pulların yuyulması kimi transmilli cinayətləri araşdıran britaniyalı jurnalist Harrold Keyn Azərb...