SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Ordusunun işğal altındakı torpaqlarda həyata keçirdiyi misilsiz əməliyyatlarından sonra Ermənistan hərbçilərinin çarəsizlikləri gün keçdikcə daha açıq-aşkar görünür.

BAKU.WS xəbər verir ki, artıq saysız itki verən düşmən ciddi sürətdə tibbi ləvazimat problemi ilə üzləşib. Məlumata görə, xəstəxanalarda "Analgin", "Dimedrol", "Noşpa" kimi sadə dərmanlar belə tapılmır. Artıq Rusiyada yaşayan ermənilər belə əl-ayağa düşüblər.

Sosial şəbəkə istifadəçiləri Ermənistanın Rusiyadakı səfirliyinin köməyi ilə dərman aksiyasına başlayıblar. Məlumatlarda qeyd edilir ki, Rusiyada yaşayan ermənilər dərman ləvazimatları, o cümlədən bint kimi məhsulları səfirliyə gətirərək təhvil verə bilərlər. Sentyabrın 30-da onların Ermənistana göndərilməsi nəzərdə tutulur.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı da ötən gün ikigünlük döyüşə tab gətirməyən Ermənistan ordusunda dərman və tibbi ləvazimatlar, eləcə də ərzaq qıtlığının olması barədə məlumatlar əldə edildiyini açıqlamışdı. "Yaralılar və meyitlərin təxliyəsi üçün nəzərdə tutulmuş hərbi sanitar nəqliyyat vasitələrinin sayının kifayət etməməsi səbəbindən onların daşınması fərdi avtomobillər və yük maşınları vasitəsi ilə həyata keçirilir".


 


BAKU.WS