Ombudsman yaralı hərbçilərə baş çəkdi
16
iyl
2020
12:58
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi təxribat nəticəsində yaralanan hərbi qulluqçulara baş çəkib.
Bu barədə BAKU.WS-ə Ombudsman Aparatından məlumat verilib.
Qeyd olunub ki, Müvəkkil Müdafiə Nazirliyinin Hərbi Xəstəxanasına baş çəkib, erməni qoşunlarının Tovuz rayonu istiqamətində təxribatları və ağır artilleriya hücumları nəticəsində yaralanan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının sağlamlıq vəziyyətini monitorinq edib.
Qalereya
Oxşar xəbərlər
Qarabağda şiddətli döyüşlər və ermənilərin böyük itkiləri (VİDEO)
Ermənistan silahlı qüvvələri 2016-cı ilin yalnız 2-5 aprel tarixlərində aparılan döyüşlərdə böyük itkilərə məruz qalıb. BAKU.WS xəbər verir ki, 320-dən artıq h...