SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Rusiyalı turistlər Azərbaycanın işğal olunmuş rayonu Kəlbəcərə tur təşkil edib.
 
BAKU.WS-in məlumatına görə, turistlər Qarabağa motosiklətlə gediblər. Videoda isə erməni dilində "Qarabağ” adlı mahnı ifa olunub. Rusiyalı turistlər qalacaq və qidalanmaqa yer axtarıblar. 

Mədəniyyət və turizm nazirimiz Əbülfəs Qarayev isə ötən gün bildirmişdi ki, Azərbaycanın işğal altındakı torpaqlarına turist axını qeyri-mümkündür.

"Dünya Turizm Təşkilatının xüsusi qərarı var ki, işğal altında olan torpaqlarda, təhlükəli ərazilərdə turizmin təbliği və təşkili məqsədəmüvafiq deyil. Bu, beynəlxalq qurumun təsdiq etdiyi bir qərardır və bütün dünya ölkələrinə bu tövsiyə göndərilir. Sözsüz ki, ona əməl edənlər var. Amma təəssüf ki, Ermənistan bu tövsiyəyə məhəl qoymur. Qəbul olunmuş qərarlara hörmətsizlik göstərilməsi bu ölkənin siyasətidir"

İman
BAKU.WS