SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda olan birlik, tolerantlıq bütün dünyaya nümunədir.

Bunu “Report”a “Vineyard Azərbaycan” Xristian Dini icmasının nümayəndəsi Nəzakət Məmmədova deyib.

"Əslində bu gün pravoslav kilsələrinin Pasxa bayramıdır. Lakin biz də bu gün buraya gələrək bacı və qardaşlarımızla birgə Pasxa bayramını qeyd edirik. Burada yəhudi, müsəlman və bir sıra fərqli dini icmaların nümayəndələri var. Birgə Pasxanı qeyd edirik, bu isə olduqca dəyərlidir. Azərbaycanda olan birlik, tolerantlıq bütün dünyaya nümunədir. Bütün dünyaya göstəririk ki, dinindən, irqindən asılı olmayaraq birgəyaşayış mümkündür. Azərbaycan sözün əsl mənasında bu mənada dünyaya nümunə olacaq bir ölkədir", - icma nümayəndəsi bildirib.

BAKU.WS