SİZİN REKLAM BURADA!
055 213 76 73


“Mədəni irsimiz olan xalçaçılıq sənətinin nümunələri zəngin məzmunu ilə xalqımızın tarixini, mənəvi dəyərlərini və ənənələrini əks etdirir”.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkə hesabında yazıb.

O, Xalçaçı Günü münasibətilə bu sənət sahiblərinə təbriklərini ünvanlayıb:

“Xalçaçılığın milli iqtisadiyyatda mövqeyinin möhkəmlənməsi dövlət tərəfindən daim dəstəklənir. Xalçaçı Günü münasibətilə bu dəyərli sənət sahiblərinə təbriklərimizi çatdırır, firavanlıq və işlərində uğurlar arzulayırıq”.

BAKU.WS