SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Ermənistandan Azərbaycanın işğal olunmuş torpaqlarına çəkilən yeni yolların görüntüləri yayılıb.
 
BAKU.WS xəbər verir ki, yayılan video Kəlbəcərə çəkilən yolun uzunluğunun xəritədə göstərilməsi ilə başlayır.

Yolun "Hayastan” bütün Ermənistan Fondu tərəfindən çəkildiyi bildirilir. Videoda görünür ki, Kəlbəcərə yolu qısaltmaq üçün dağların bəzi hissələri partladılır.
Ərazidə xeyli sayda traktor, yük maşınları, asfalt çəkmək üçün texnikalar işləyir.

Videonun sonunda Azərbaycanın işğal olunmuş torpaqlarında, xüsusilə Kəlbəcərdə mövcud olan yolların havadan görüntüsü yer alıb. Amma çətin ki, işğalçı rejim bu yollardan uzun müddət istifadə edə bilsin. Tezliklə erməni separatçıları da özgə torpaqlarında oturduqları dərk edərək bu torpaqları boşaldacaqlar. Artıq bu gün yayılan xəbərlərdə Azərbaycan Ordusunun keçirdiyi irimiqyaslı təlimlər xəbərindən qorxuya düşən bəzi erməni ailələrinin təmas xəttindəki yaşayış məntəqələrini tərk etməyə başladlqları bildirilirdi. Azərbaycan Ordusu azadetmə əməliyyatına start verdikdən sonra isə bu yollarda bir nəfər də olsun separatçlı erməni qalmayacaq. Bu yol da digərləri kimi Azərbaycan Ordusunun zəfər yürüşünə şahidlik edəcək. 
 
İlyas Quliyev
BAKU.WS