13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 
Ermənilər Azərbaycan ordusunun işğaldan azad etdiyi hərbi yüksəklikləri çəkib.
 
BAKU.WS-in məlumatına görə, cəbhə boyu 8 km geri çəkilən Ermənistan ordusu yeni qərarlaşdıqları ərazilərdən çəkilişlər aparmağa başlayıb. Ermənistan KİV-i xüsusilə son günlər Azərbaycan ordusunun yenidən əməliyyatlara başalaya biləcəyini yazır.
 
İşğal edilmiş torpaqları azad etməyə daim hazır olan Azərbaycan ordusundan çəkinən erməni əsgərlər isə artıq səksəkədədir. Ermənistan mətbuatı qeyd edir ki, aprelin əvvəlindəki kimi hərbi əməliyyatlar başlasa, müharibə bu dəfə Ermənistan üçün daha böyük fəsadlar verəcək. Erməni jurnalist Akop Badalyan Azərbaycan Ordusunun bu dəfə ki, hücumu qarşısında Ermənistan hərbi birləşmələrinin duruş gətirməyəcəyindən yazaraq həyəcan təbili çalıb. 
 
Azərbaycan ordusunun gücünü "dördgünlük müharibə"də yaxşıca anlayan ermənilər tez-tez müşahidələr aparır.
 
BAKU.WS