İşğaldan azad edilmiş ərazilərə icazəsiz daxil olmaq istəyən 4 nəfər saxlanılıb

İşğaldan azad edilmiş ərazilərə icazəsiz daxil olmaq istəyən 4 nəfər saxlanılıb
Siyasət 32

Ağdam və Tərtər Rayon Polis Şöbələrinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində işğaldan azad edilmiş ərazilərə müvafiq icazəsi olmadan daxil olmaq istəyən 4 nəfər saxlanılıb.

BAKU.WS xəbər verir ki, bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan bildirilib.

Həmin şəxslər barəsində inzibati protokollar tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarına əsasən onlar müvafiq qaydada məsuliyyətə cəlb olunublar.

Son xəbərlər