Şuşada Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

27
sen
2023
12:10
Şuşa şəhərində Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu gün ölkənin hər yerində olduğu kimi, saat 12:00-da Şuşa şəhərində də Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Anım mərasimləri şəhərin müxtəlif məkanlarında baş tutub. Şəhərdə nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb, avtomobillər siqnal veriblər.
Eyni zamanda, ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş digər qəhrəman Vətən övladlarının xatirəsinə də sayğı duruşu göstərilib.
Oxşar xəbərlər
Şuşa uğrunda döyüş və 2020-ci il Dağlıq Qarabağ müharibəsinin qaçırılan dərsləri
2020-ci il Dağlıq Qarabağ müharibəsi kifayət qədər diqqət mərkəzində olmuşdur. Altı həftəlik müharibə haqqında edilən şərh və təhlillər döyüş əməliyyatlarının g...
