Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında ikinci gün arxada qalıb
Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında ikinci gün arxada qalıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, baş tutan 8 matçdan sonra mundialda qrup mərhələsinin I turunun oyunlarına yekun vurulub.
E qrupunda İndoneziya Kosta Rika seçməsinə minimal hesabla qalib gələrək liderliyi ələ keçirib. Bu qrupun digər oyununda Tailand Monteneqro ilə heç-heçəyə razılaşıb - 1:1.
Polşa Qazaxıstanı 2:1, Bosniya və Herseqovina isə ABŞ-ni 4:2 hesabı ilə üstələyərək F qrupuna qələbə ilə başlayıblar.
Dünya çempionatına qələbə ilə start verən yığmalardan biri Çexiya seçməsi olub. Yığma Argentinanı 2:1 hesabı ilə məğlub edib. Gürcüstan komandası isə BƏƏ millisindən güclü olub - 2:0. Avropa təmsilçiləri G qrupunda 3 xala malikdirlər.
H qrupunda isə İspaniya Qanaya, Serbiya isə İsrailə 3:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, sabah komandalar qrup mərhələsindı II turun görüşlərinə start verəcəklər. Mundiala iyunun 1-də yekun vurulacaq.
Oxşar xəbərlər
Azərbaycanın minifutbol millisi Avropa çempionatının finalına vəsiqə qazanıb
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatının finalına vəsiqə qazanıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, Elşad Quliyev...