NATO baş katibinin müavini: Azərbaycanla tərəfdaşlığı yüksək qiymətləndiririk
NATO Azərbaycanla tərəfdaşlığı yüksək qiymətləndirir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu NATO baş katibinin müavini Radmila Şekerinska Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşü ilə bağlı "X" hesabındakı paylaşımında yazıb.
"Biz NATO-Azərbaycan münasibətlərini və regional təhlükəsizliyi müzakirə etdik. Cənubi Qafqaz Alyans üçün mühüm əhəmiyyət kəsb edən regiondur", - o bildirib.
Qeyd edək ki, bu gün NATO-nun Brüsseldəki mənzil qərargahında H. Hacıyevlə R.Şekerinska arasında görüş olub.
Oxşar xəbərlər
Leyla Əliyeva Səmərqənddə Uşaqların rifahına investisiya mövzusunda Ümumdünya Sammitinin açılışında iştirak edib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 21-də Özbəkistanın Səmərqənd şəhərində keçirilən "Uşaqların rifahına investisiya: gələcək nəsill...