055 213 76 73
"Tabor komandirlərində "Motorola" adlı rabitə vasitəsi var idi. Müəyyən vəzifəli şəxslərdə olurdu. Elbrusda da var idi. O, şəhid olanda mənim vəzifəmə uyğun olaraq həmin "Motorola" adlı rabitə vasitəsini gətirdilər ki, bu, rəhmətlik Bayramov Elbrusundur. Mən də onu döyüş jiletimin üstünə taxdım. Məndə qaldı".
BAKU.WS xəbər verir ki, bu sözləri İTV-yə müsahibəsində kapitan Türkan Cəfərov deyib. 44 günlük müharibədəki döyüş anlarından danışan kapitan mühasirəyə düşdüyünü, daha sonra şəhid Elbrus Bayramovun motorolası sayəsində xilas olduğunu bildirib:
"Elə oldu ki, mən Qaraxanbəyli istiqamətində mühasirəyə düşdüm. Düşmənlə 70-80 metrlik məsafədə idim. Onlar mənə istənilən silahla atırdılar. 40 dəqiqə orada qaldım. Arxın içində idim, heç nə edə bilmirdim. Bu zaman Elbrusun "Motorola"sı yadıma düşdü. "Motorola"da GPS var idi. Onun vasitəsilə düşmənin yerini bizim hərçilərə bildirdim, daha sonra xilas oldum".