SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Silahlı Qüvvələrinin müzəffər hərbçiləri Zəngilan şəhərini 1 il öncə, 20 oktyabr 2020-ci ildə işğaldan azad edib.

BAKU.WS xəbər verir ki, 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinin 24-cü günündə tarix yazan hərbçilərimiz 20 oktyabrı 2020-ci ili tarixə Zəngilan şəhərinin azad olunması günü kimi yazdı. 

Zəngilan rayon kimi 1930-cu ildə təşkil olunub. Sovet quruluşunun bərqərar olduğu 70 ildə rayonun ərazi vahidində bir neçə dəfə dəyişiklik baş verib. Bütün hallarda bu dəyişiklik qonşu Qubadlı rayonunun Zəngilanın tərkibinə qatılması və ayrılması ilə əlaqədar olub.

Zəngilan rayonu 29 oktyabr 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Rayon işğal olunmazdan qabaq erməni qüvvələri tərəfindən tam olaraq mühasirəyə alınmışdı və on minlərlə insan qırılmaq təhlükəsi ilə üz-üzə idi. Hər tərəfdən mühasirədə qalan sakinlər Araz çayını keçərək xilas olmuşdular.

Uzun müddət düşmən tapdağında qaldıqdan sonra 20 oktyabr 2020-ci ildə Zəngilan şəhəri və Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri, 21 oktyabr 2020-ci ildə Mincivan qəsəbəsi, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qıraq Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndləri, 22 oktyabr 2020-ci ildə Kolluqışlaq, Malatkeşin, Kənd Zəngilan, Genlik, Vəliqulubəyli, Qaradərə, Çöpədərə, Tatar, Tiri, Əmirxanlı, Qarqulu, Bartaz, Dəlləkli kəndləri və Ağbənd qəsəbəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.

BAKU.WS