SİZİN REKLAM BURADA!
055 213 76 73


"Şəhidlərin sayı daha çox ola bilərdi, əgər biz əməliyyatları planlaşdıranda bu amili nəzərə almasaydıq. Ona görə Ermənistan ordusu ilə müqayisədə bizdə itkilər kifayət qədər azdır. Düzdür, Ermənistan öz itkilərini gizlədir. Ancaq bizdə olan dəqiq məlumata görə, ən azı 7-8 min itki verib".

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan prezident İlham Əliyev şəhid ailələri və Qarabağ qaziləri ilə görüşündə bildirib. Dövlət başçısının sözlərinə görə, təkcə azad edilmiş torpaqlarda bu günədək davam edən axtarış əməliyyatları nəticəsində 1600-dən çox erməni işğalçının cəsədi tapılıb. 

“Burada da Azərbaycan humanistlik göstərir. Birinci Qarabağ müharibəsindən sonra bizim təxminən 4 minə yaxın itkin düşmüş insanımız olmuşdur. Ermənilər onların nəşini bizə qaytarmadılar. Ancaq biz yenə də humanizmin ən ülvi əlamətlərini, prinsiplərini rəhbər tutaraq bu işi də görürük. Biz bütün əməliyyatları planlaşdıranda əməliyyatların gedişatını izləyirdik, canlı rejimdə izləyirdik. Biz bilirik ki, düşmən ən azı 7-8 min itki verib. Azərbaycan isə 3 minədək şəhid verib”, - deyə ölkə başçısı vurğulayıb.

BAKU.WS