SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Füzuli rayonunda məskunlaşmış məcburi köçkünlər üçün salınan yeni qəsəbədə tikinti işlərinin gedişi ilə tanış olub.

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, Füzuli rayonuna səfəri zamanı Baş nazirin müavini Əli Həsənov əvvəlcə aprelin ilk günlərində Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin işğalından azad etdiyi strateji əhəmiyyətli "Lələtəpə” yüksəkliyinə gəlib, burada əsgərlər və zabitlərlə görüşüb.

Əli Həsənov bildirib ki, gənc nəslin nümayəndələrini tez-tez belə yerlərə gətirmək və onlarda vətənpərvərlik hisslərini gücləndirmək lazımdır. O, Silahlı Qüvvələrimizin aprelin əvvəllərində düşmən üzərində qazandığı qələbənin Azərbaycan tarixinin ən önəmli hadisələrindən biri kimi yadda qalacağını qeyd edib. Eyni zamanda, bu qələbəni qazanan əsgərlərimizin də zəfərinin tarixə düşdüyünü deyən Əli Həsənov bunun çox böyük hadisə olduğunu vurğulayıb. Əli Həsənov qeyd edib ki, Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən əsgərlərə yaradılan yüksək şərait bizim üçün qürurvericidir. O, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində bu gün Azərbaycan Ordusunun nəinki regionda, dünya miqyasında güclü ordular sırasında olduğunu, Silahlı Qüvvələrimizin maddi-texniki bazasının böyük dərəcədə möhkəmləndiyini bildirib.

BAKU.WS