PUA-lar Qarabağda havaya qalxdı

PUA-lar Qarabağda havaya qalxdı
Siyasət 379

Qarabağda atəşkəsə nəzarət məqsədilə yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin PUA-ları Qarabağda hava kəşfiyyatı həyata keçiriblər.

BAKU.WS “virtualaz.org”a istinadən xəbər verir ki, münaqişə zonasında atəşkəs rejiminə pilotsuz təyyarələrin köməyi ilə nəzarət edilir.

Belə cihazın uçuşu 10 saata qədər davam edə bilər. Mütəxəssislər çətin relyefli dağlarda və meşələrdə vəziyyəti izləyirlər. Avadanlıq yüksək dəqiqliklə hərbi maşınların, şəxsi heyətin yerini müəyyənləşdirir və sərhəd keçidlərinin bütün faktlarını qeyd edir. Bundan əlavə, onlardan humanitar yardım karvanlarını müşayiət edərkən istifadə olunur.

Xatırladaq ki, Qarabağda atəşkəsə və bütün hərbi əməliyyatlara nəzarət etmək üçün bu ilin yanvar ayının sonunda yaradılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinə hər tərəfdən 60-a yaxın hərbi qulluqçu daxildir.

Oxşar xəbərlər

Şahidlər Xocalı soyqırımında amansız cinayətlərdən danışdı - FOTOREPORTAJ

Şahidlər Xocalı soyqırımında amansız cinayətlərdən danışdı - FOTOREPORTAJ

Erməni qəsbkarlarının Azərbaycan xalqına qarşı həyata keçirdikləri etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində törədilən qanlı cinayətlər, qətliamlar aras...

178 Siyasət 11:27 26 fevral 2021

Son xəbərlər