VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qarabağdakı memarlıq abidələrinin bərpası üçün bizə 50-100 il vaxt lazımdır.

BAKU.WS xəbər verir ki, bunu ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında memar Elçin Əliyev deyib.

O bildirib ki, abidələrin bərpası prosesində tələsməli deyilik:

“Düzdür, biz digər ölkələrin aparıcı şirkətlərini də bu prosesə dəvət etmişik. Lakin il ərzində 5-15 memarlıq abidəsindən artıq abidə bərpa edə bilmərik. Burada minlərlə abidədən söz getdiyi üçün siyahı tərtib etməliyik. Hansı abidənin nə zaman bərpa edilməsi barədə proqram olmalıdır. İşləri keyfiyyətlə görməliyik ki, abidə 1000 il bundan sonra da qalsın”.

Memar onu da qeyd edib ki, ilk növbədə Şuşa, Ağdamdakı məscidlər, monastr kompleksləri də daxil olmaqla dünya səviyyəli memarlıq abidələri bərpa edilməlidir.

BAKU.WS
VİDEO