Ermənilər bir-birini partladır: “Caliber” Ağdərədəki qanlı çəkişmələr barədə - VİDEO

Erməni təslimçiləri Azərbaycan ərazisindəki “ordu” imitasiyası cəhdlərini davam etdirirlər. Onlar Qarabağ ərazisinə əsgər, silah-sursat və digər materiallar göndərməkdə israrlıdırlar. Lakin öz əməllərini bütün yalanları ilə ört-basdır etməyə çalışırlar.
Bu barədə “Caliber”in yeni süjetində məlumat verilir.
Süjetdə bildirilir ki, Ermənistan Müdafiə Nazirliyi öz vətəndaşlarını özgə torpaqlarında xidmət aparmağa vadar etməklə onlara qarşı, faktiki olaraq, terror siyasəti yeridir. Belə ki, bəzi hərbçilər bu siyasətə etiraz olaraq intihar edir, bəziləri isə öz zabitlərinə qarşı sui-qəsd təşkil edirlər.
Videomaterialın müəllifləri deyilənləri konkret faktlarla sübut edir və bütün bunların Rusiya sülhməramlılarının cavabdeh olduğu ərazilərdə baş verdiyini qeyd edirlər.
Daha ətraflı “Caliber”in süjetində:
Oxşar xəbərlər
5203 hərbçi “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...
