"Müharibə Veteranı" adı kimlərə veriləcək? - AÇIQLAMA
Vətən Müharibəsi iştirakçılarına "Müharibə Veteranı" adının verilməsi ilə bağlı komissiya yaradılıb.
BAKU.WS xəbər verir ki, komissiya "Müharibə Veteranı" adı veriləcək iştirakçıların siyahısını müəyyənləşdirəcək və müvafiq təkliflər hazırlayaraq Nazirlər Kabinetinə təqdim edəcək.
Müharibə iştirakçılarına veteran adının verilməsi zamanı hansı meyarlar nəzərə alınacaq?
Bu suala cavab olaraq hərbi ekspert Emil Həsənli ARB24-ə bildirib ki, müharibədə iştirak etmiş bütün şəxslər - səfərbərliklə cəlb edilmiş, aktiv hərbi əməliyyatlarda iştirak etmiş, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd Xidməti və Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları, o cümlədən həkimlər və digərlərinin siyahısı müəyyənləşəcək.
Oxşar xəbərlər
5203 hərbçi “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...