SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Türkiyənin ROKETSAN şirkətinin istehsalı olan T-107 və T-122 "Sakarya” tipli reaktiv yaylım atəş sistemləri Azərbaycan ordusunun silahlanmasına daxildir.
 
BAKU.WS-in məlumatına görə, ROKETSAN istehsalı olan 107 mm-lik T-107 reaktiv yaylım atəş sistemi artilleriya və piyada birlikləri tərəfindən hər cür hava şəraitində istifadə edilə bilən silah sistemidir. T-107 ROKETSAN tərəfindən istehsal olunmuş artırılmış mənzilli raketlərdən atəş açır və klassik raketlərdən 50% uzaq – 11 km məsafədəki hədəflərə qarşı təsirli atəş gücünə malikdir. 

T-122 "Sakarya” sistemi isə ROKETSAN tərəfindən hazırlanmış 122 mm-lik artırılmış mənzilli raketlərdən atəş açır. Bu raketlər klassik 122 mm-lik raketlərdən 100% çox – 40 km-dən uzaq məsafədə hədəfləri məhv etməyə imkan verir. 
 
BAKU.WS