SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində işğaldan azad olunan ərazilərə Prezident İlham Əliyevlə birlikdə səfərləri ilə bağlı növbəti paylaşım edib.

BAKU.WS xəbər verir ki, videogörüntülərdə dövlət başçısı deyir:

“Bakıdan gətirmişəm. Xurşudbanu Natəvan, Üzeyir Hacıbəyli, Bülbül. Ermənilər tərəfindən gülləbaran edilmiş heykəllər təxminən 30 ildən sonra Vətənə qayıdıb”.

Birinci vitse-prezident M.Əliyevanın digər paylaşımı isə Şuşadakı Aşağı Gövhər ağa məsciidi ilə bağlı olub.

“Aşağı Gövhər ağa məscidi. O tərəfdə gözəl dağlar”, - Prezident bildirib

*** 12:17

Azərbaycanın dahi şəxsiyyətlərinin heykəlləri Birinci Qarabağ Müharibəsi dönəmində erməni terrorçularının hücumuna məruz qalmışdı.

BAKU.WS xəbər verir ki, ermənilər vandal xarakterlərini heykəllər üzərində də nümayiş etdirmişdilər.

İşğalçılar Üzeyir Hacıbəyovun, Bülbülün, Xan qızı Natəvanın büstlərini gülləbarana məruz qoymuşdular.

Güllələnmiş heykəllər ulu öndər Heydər Əliyevin müdaxiləsindən sonra işğalçılardan geri alınaraq, paytaxta gətirilmişdi. Onlara baxanda düşmənin əsl siması və məkri bir daha aydın olur.

Qeyd edək ki, bu gün Pezident İlham Əliyevin Şuşaya səfəri zamanı həmin heykəllərin işğaldan azad olunan şəhərə gətirildiyi öz əksini tapıb.

BAKU.WS

QALEREYA