SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Moskvada səfərdə olan Ermənistan müdafiə naziri Seyran Ohanyan azərbaycanlı jurnalistlərin suallarına cavab verib.
 
BAKU.WS-in məlumatına görə, erməni nazir bu barədə özü danışıb. Ohanyan bildirib ki, Moskvada tədbirdə fasilə zamanı azərbaycanlı jurnalistlər yaxınlaşaraq Qarabağla bağlı gözlənilmədən sual ünvanlayıb: 
 
"Azərbaycanlı jurnalistlər mənə yaxınlaşdılar və Ermənistannın niyə münaqişənin sülh yolu ilə həllində maraqlı olmadığını soruşdular. Mən onlara cavab verdim ki, Ermənistan həmişə danışıqların tərəfdarı olub. Amma bütün bu danışıqlardan Azərbaycan imtina edir. Bu reallıqda danışıqların prosesi haqqında danışmaq mümkün deyil". 
 
Erməni nazir həmçinin bildirib ki, Moskva səfəri zamanı Rusiya tərəfi Azərbaycan müdafiə naziri ilə görüşlərinin planlaşdırılmasına cəhd etməyib: "24 aprel tarixindən başlayaraq indiyə qədər cəbhədə atəşkəs pozulur. Xüsusən gecə saatlarında bütün artilleriya sistemlərindən istifadə olunmaqla atışma baş verir. Belə şəraitdə danışıqların bir mənası yoxdur".
 
BAKU.WS