SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Türkiyənin ən məşhur xəbər agentliklərindən daha birinin əməkdaşları Azərbaycanın erməni işğalından azad etdiyi ərazilərdə olub. ANS PRESS-in məlumatına görə, Doğan xəbər agentliyinin  müxbiri 24 il sonra azad edilən "Lələ Təpə" yüksəkliyinə gedib. 

Agentliyin əməkdaşı Ali Kan Azərbaycan bayrağı sancılan torpaqlarda vətənin keşiyini çəkən əsgərlərlə görüşüb, aprelin əvəllərində baş verən dördgünlük müharibə barədə danışıb. 

O, ən şiddətli döyüşlərin məhz bu ərazidə getdiyini, hazırda ərazidə Azərbaycan Silahlı Qüvvələrinin istehkam möhkəmləndirmə işləri icra edildiyini deyib. 

Aprel döyüşlərindən sonra ermənilər daima Azərbaycan kəndlərini atəş altında saxladığı yüksəkliklərdən geri çəkilməli olub. Həmin gün bizim qüvvələr düşmənin təxribatının qarşısını aldı.
 
BAKU.WS