SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Erməni jurnalistlər Qarabağın Talış kəndindəki son vəziyyəti çəkiblər. 
 
BAKU.WS-in məlumatına görə, Azərbaycan ordusunun aprelin əvvəlində təxribatların qarşısını almaq məqsədilə həyata keçirdiyi əks əməliyyatlar zamanı ermənilər kəndi boşaldıb. Ermənistan KİV-i özü etiraf edir ki, aprelin əvvəlində kənddən çıxan sakinləri geri qaytarmaq mümkün olmayıb.
 
Evləri boşaldaraq bir başa Yerevana qaçan ermənilər kəndə qayıtmaq barədə düşünmürlər. İşğal olunmuş torpaqlarda illərdir yaşayan ermənilər artıq bu məsliyyəti yaxşı başa düşür. Kənddə dağılan evlərin heç birinin təmir edilməməsi də əhalinin Qarabağa olan münasibətindən xəbər verir.
 
Azərbaycanın gec və ya tez Qarabağı işğaldan azad edəcəyini anlayan mülki şəxslər kəndi birdəfəlik tərk edib. Əməliyyatlar başlamazdan öncə Talışda azı 600 sakin yaşayırdı. Hazırda kənddə əsgərlər yaşayır. Tək-tük hallarda mülki şəxslər gözə dəyir.
 
BAKU.WS