VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
 
Azərbaycan Silahlı Qüvvələrinin erməni işğalından azad etdiyi kəndə 23 ildən sonra ilk dəfə sakinlər qədəm qoyublar. "Report"un məlumatına görə, Cəbrayıldan olan məcburi köçkünlər 23 ildən sonra ilk dəfə öz doğma kəndlərində olublar.

22 il əvvəl Azərbaycan ordusu tərəfindən işğaldan azad olunan, lakin azərbaycanlı mülki əhalinin yaxınlaşması mümkün olmayan ("Lələ Təpə" yüksəkliyinin erməni işğalçılarının nəzarəti altında olması səbəbindən) Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində hərbçilərin nəzarəti altında kənd sakinləri kənd qəbiristanlığını ziyarət edib, qohumlarının ruhuna dualar oxuyublar.

Qeyd edək ki, Cocuq Mərcanlı1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Azərbaycan ordusunun 1994-cü ilin əvvəlində keçirdiyi Horadiz əməliyyatı zamanı kənd erməni işğalından azad olunub.
 
BAKU.WS