SİZİN REKLAM BURADA!
055 213 76 73


Ermənistanın Azərbaycana qaytardığı Qazax rayonunun Xeyrimli kəndində sərhədin müəyyənləşməsi üzrə işlər başlayıb.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Tavuş vilayətinin Kirants (Güney) kəndinin başçısı Kamo Şaqinyan bildirib.

Onun sözlərinə görə, kəndə geodeziyaçılar gəlib: “Kənddə çoxlu sayda polis var. Geodeziyaçılar azı üç gün burada qalacaq".

K.Şaqinyan deyib ki, kəndlilər ərazidə gərginlik yaradır: “Ancaq onlar yolu bağlamır, əlavə maneələr törətmir”.

BAKU.WS