SİZİN REKLAM BURADA!
055 213 76 73


 

ANS-in Qızıl Fondu 1992-ci ildə Ağdərə ətrafındakı döyüşlərdən bəhs edən videokadrları təqdim edir. Həmin istiqamətdəki döyüşlərdə iştirak edən könüllülər dəstəsinin komandiri Rasim Əkbərov öz təəssüratlarını belə bölüşüb: 

"Hamı baş-başa versin. Hamı ağsaqqalını tanısın, çəkici bir yerə vursun. Bizə kömək olsa, ermənilər heç nə edə bilməyəcək. Allah qoysa, bu günə, sabaha Ağdərəni, ardınca Xankəndini, özlərinə də yığışmasalar İrəvanı da alacağıq". 

Videoda həmçinin Ağdərədə gedən döyüşlər, döyüşlər zamanı məhv olan texnika, rayonun bərbad hala düşdüyünü əks etdirən kadrları da görmək mümkündür.
 
15 iyun 1992-ci ildə Goranboy rayonunun azad edilməsindən sonra Ağdərə istiqamətində hücum başlanılıb. Sərt müqavimətlə üzləşən ordumuz bir neçə gün içərisində rayonu mühasirəyə almağa nail olub. 708-ci briqada cənubdan, 703-cü briqada şimaldan və 701-ci briqada isə Kəlbəcər istiqamətindən hücum edib.

1993-cü ilin iyun ayından başlayaraq ermənilər Ağdam rayonu ərazisinə hücum ediblər. Həmin vaxta qədər düşmən Ağdərə istiqamətində əks hücuma keçərək bir çox yaşayış məntəqələrini və yüksəklikləri ələ keçirib. 

BAKU.WS ANS PRESS-ə istinadən Vahid Mustafayev və Mir Şahinin 24 il öncə lentə aldığı reportajı təqdim edir: