VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın tarixi ərazisi olan Kəlbəcər işğaldan azad edilsə də, ermənilərin şəhərlə bağlı çirkin və uydurma iddiları davam edir.

BAKU.WS xəbər verir ki, mənfur düşmən məkrli əməllərindən əl çəkməyərək, Kəlbəcər rayonu ərazisindəki tarixi abidələrin guya onlara məxsus olması barədə yalanlar yayır.

Ermənilər iddia edir ki, Dadivəng, yəni Xudavəng monastır kompleksi onlara məxsus imiş. Onlar bu yolla Cənubi Qafqazda yerli sakin olmalarını əsas gətirməyə çalışırlar.

Qeyd edək ki, ermənilərin Xudavəng monastırı ilə bağlı yalanları 30 il bundan əvvəl də ifşa edilib. Belə ki, BAKU.WS-ə göndərilən eksklüziv görüntülərdə Kəlbəcər ziyalısı Elbrus Məmmədov bu barədə geniş izah gətirib. Kəlbəcər rayonunda Kolxozlararası Tikinti İdarəsinin 20 il rəisi işləmiş E.Məmmədov hələ 1991-ci ildə Xudavəng monastırına ermənilər tərəfindən sonradan qoyulan xaç işarələrindən danışıb. O, illər öncə ermənilərin Kəlbəcərlə bağlı məkrli planları və bölgəni özününküləşdirmə siyasətinə işarə edib.

Hazırda vəfat etmiş E.Məmmədovun ermənilərin iç üzünü ifşa etməsi ilə bağlı görüntüləri təqdim edirik.

Orxan Hüseyn
BAKU.WS
VİDEO